Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 121,218 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 % azdır.
Təkcə oktyabrda isə Türkiyə Azərbaycana 13,878 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 7,7 % çoxdur.
10 ayda Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarının ixracının ümumi dəyəri illik müqayisədə 9,7 % artaraq 10,162 milyard ABŞ dollarına, oktyabrda isə 16,1 % artaraq 1,207 milyard ABŞ dollarına çatıb.