Azərbaycan Tayvandan pestisid alışını bərpa edib

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 17,3 milyon ABŞ dolları dəyərində 1 min 991 ton pestisid (bitkilərin mühafizəsi üçün kimyəvi maddələr) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12,4 %, kəmiyyət olaraq – 3,1 % çoxdur.

Azərbaycan Türkiyədən 8,38 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çoxdur) 1 min 205 ton (+27 %), Çindən 1,734 milyon ABŞ dolları dəyərində (+16,3 %) 161,23 ton (-17 %), Rusiyadan 1,603 milyon ABŞ dolları dəyərində (+42,4 %) 151 ton (+19 %), Almaniyadan 1,53 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 63,81 ton (-2,6 %), İsraildən 1,354 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 61,52 ton (+69 %) maddə idxal edib.

Bir il 3 aylıq fasilənin ardından Azərbaycan Tayvandan pestisid alışını bərpa edib.

Digər xəbərlər