Azərbaycan şaftalı ixracından gəlirini 57 % artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 51,2 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,6 milyon ABŞ dolları və yaxud 57,1 % çoxdur.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracının dəyəri 26,5 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 10,6 % çox - 2,4 milyard ABŞ dolları təşkil edib.

Digər xəbərlər