Azərbaycan Rusiyadan qarğıdalı yağı idxalını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 3,241 milyon ABŞ dolları dəyərində 1 min 726 ton qarğıdalı yağı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 47,5 %, kəmiyyət olaraq – 55,4 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 5,4 dəfə çoxdur) 1 min 248 ton (+6,4 dəfə), Türkiyədən 999 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 419,6 ton (+2,3 dəfə), İtaliyadan 169,9 min ABŞ dolları dəyərində (+14,2 dəfə) 55,4 ton (+12 dəfə), Almaniyadan 5,5 min ABŞ dolları dəyərində (+2 dəfə) 0,83 ton (+38,3 %) və İrandan 3,24 min ABŞ dolları dəyərində 1,62 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (8 ölkədən) idxal edilən 17 min 364 ton qarğıdalı yağının 46,8 %-i Türkiyənin, 37,3 %-i Argentinanın, 14,8 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər