Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə 3 milyon ABŞ dolları dəyərində 3 min 170 ton təzə ərik göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 2,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 2 min 411 ton (+2,4 dəfə), Belarusa 248,2 min ABŞ dolları dəyərində (+80 %) 172,1 ton (+2,7 dəfə), Ukraynaya 206 min ABŞ dolları dəyərində 356,4 ton (1 il 8 aydan sonra tədarük bərpa edilib), Gürcüstana 73 min ABŞ dolları dəyərində 164 ton (1 il 8 aydan sonra tədarük bərpa edilib), Qazaxıstana 36 min ABŞ dolları dəyərində (+30 dəfə) 47,1 ton (+22 dəfə) ərik satıb.
2022-ci ildə Azərbaycandan (Rusiya, Belarus və Qazaxıstana) tədarük edilmiş 2 min 603 ton ərikin 90,7 %-i Rusiyanın payına düşüb.