Azərbaycan ötən ay 2 milyon dollarlıq qarğıdalı idxal edib

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 7 773 ton qarğıdalı idxal edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə qarğıdalının dəyəri 2 101 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə qarğıdalının idxalı ölkənin ümumi idxalındakı payı 0,27 % olub.

Digər xəbərlər

Ekoloji balans və ixracın sintezi 15 dekabr, 2025 / 16:50