Bu ilin ilk 9 ayında Azərbaycana 15,32 min ABŞ dolları dəyərində 11 ton şirin kartof və ya batat idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 2,1 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Amerika Birləşmiş Ştatlarından 12,94 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 98 % çoxdur) 9,24 ton (+97 %) və Misirdən 2,38 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 1,68 ton (+3 dəfə) məhsul alıb.
Azərbaycan 2022-ci ildə 6,8 ton şirin kartof alıb ki, bunun da 4,7 tonu ABŞ-nin, qalan hissəsi Misirin payına düşüb.