Azərbaycan Meksikadan avokado alışını 110 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 418 min ABŞ dolları dəyərində 187 ton avokado (təzə və ya qurudulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,4 dəfə, kəmiyyət olaraq – 3,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 197 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,3 dəfə çoxdur) 130 ton (+3 dəfə), Perudan 93,4 min ABŞ dolları dəyərində (+6 dəfə) 31 ton (+7 dəfə), İsraildən 27 min ABŞ dolları dəyərində (+9 dəfə) 9 ton (+9 dəfə), Portuqaliyadan 24 min ABŞ dolları dəyərində (+3 dəfə) 4,8 ton (+4 dəfə), Meksikadan 23,5 min ABŞ dolları dəyərində (+342 dəfə) 1,1 ton (+110 dəfə) avokado alıb.

2023-cü ildə Azərbaycana 19 ölkədən idxal edilmiş 489 ton avokadonun 40,5 %-i Türkiyənin, 23,4 %-i Keniyanın payına düşüb.

Digər xəbərlər