Azərbaycan Kuzbassdan buğda unu və manna yarması idxal edib

Bu ilin yanvar ayında Azərbaycan Rusiyanın Kuzbass bölgəsindən 0,07 min ton buğda unu və 0,07 min ton manna yarması idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Ötən ay Kuzbassdan ümumilikdə 12,5 min ton taxıl, paxlalılar və taxıl emalı məhsulları ixrac edilib ki, bu da, 2021-ci illə müqayisədə 41,9 % çoxdur.

Hesabat dövründə Belarusa 7,7 min ton və Çinə 1,9 min ton raps toxumları göndərilib. Qazaxıstana 1,2 min ton buğda kəpəyi, 0,5 min ton buğda və 0,06 min ton manna yarması ixrac edilib.

Digər xəbərlər