Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 279,1 min ABŞ dolları dəyərində 214,7 ton sarımsaq gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 9,1 % azdır.
Hesabat dövründə Azərbaycana İrandan 235,93 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % azdır) 181,48 ton (-8 %), Çindən 29,86 min ABŞ dolları dəyərində 22,97 ton (bir il əvvəl tədarük olmayıb) və Gürcüstandan 13,26 min ABŞ dolları dəyərində 10,2 ton məhsul idxal edilib.
Azərbaycan 3 il 2 aylıq fasilənin ardından Gürcüstandan sarımsaq tədarükünü bərpa edib.
2023-cü ildə Azərbaycana 5 ölkədən idxal edilmiş 529 ton sarımsağın 81,3 %-i İranın payına düşüb.