Bu ilin yanvar-may aylarında Azərbaycan 29,376 mln. ABŞ dolları dəyərində 20,293 min ton ət idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 2,322 mln. dollar (8,6%) və 1,842 min ton (10%) çoxdur.
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,5%-ni təşkil edib.