Azərbaycan daha bir Avropa ölkəsindən səməni tədarük etməyə başlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 2,35 milyon ABŞ dolları dəyərində 3 min 354 ton səməni gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 81,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,321 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 2 min 398 ton (+2,1 dəfə), Almaniyadan 936,2 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 792 ton (+2 dəfə), Belarusdan 67,74 min ABŞ dolları dəyərində 143,36 ton (bir il əvvəl tədarük olmayıb), Belçikadan 22,64 min ABŞ dolları dəyərində 20,4 ton (2 il 1 aydan sonra tədarük bərpa edilib), Finlandiyadan 0,14 min ABŞ dolları dəyərində (-97,8 %) 0,1 ton (-98,2 %) və İtaliyadan 0,1 min ABŞ dolları dəyərində 0,01 ton məhsul idxal edib.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İtaliyadan tədarük həyata keçirilib.

Digər xəbərlər