Bu ilin yanvar-may aylarında Azərbaycan 501 min ABŞ dolları dəyərində 592 min ton qreypfrut idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 30 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 427 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 % çoxdur) 533 ton (+31 %), Cənubi Afrikadan (CAR) 57,74 min ABŞ dolları dəyərində (+10 %) 48 ton (+12 %) və Çindən 16,39 min ABŞ dolları dəyərində (+90 %) 10,83 ton (+2 dəfə) məhsul gətirib.
2023-cü ildə Azərbaycana 6 ölkədən idxal edilmiş 1,1 min ton qreypfrutun 64,6 %-i Türkiyənin, 32,8 %-i CAR-ın payına düşüb.