Bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 220,65 min ABŞ dolları dəyərində 101,48 ton şaftalı (nektarinlər daxil olmaqla) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 59 %, kəmiyyət olaraq – 49 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 200,63 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 58 % çoxdur) 98,93 ton (+50 %), Cənubi Afrikadan 12,58 min ABŞ dolları dəyərində (+5,3 dəfə) 1,63 ton (+4 dəfə) və Çilidən 7,44 min ABŞ dolları dəyərində (-22 %) 0,93 ton (-22 %) məhsul alıb.
2022-ci ildə Azərbaycana (6 ölkədən) idxal edilən 177 ton şaftalının 56,4 %-i Türkiyənin, 33 %-i Gürcüstanın payına düşüb.