Bu ilin yanvar-fevral aylarında Azərbaycana 268 min 114 ton buğda idxal edilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 81 milyon 987 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 117 min 517 ton (1,8 dəfə), dəyər baxımından isə 30 milyon 034 min ABŞ dolları (57,8 %) çoxdur.
Xatırladaq ki, 2023-cü ilin fevral ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 543,58 manat təşkil edib.
2022-ci ildə buğdanın əkin sahəsi 547,2 min hektar olub, sahələrdən 1 milyon 736 min hektar təşkil edib.