Bu ilin yanvar-may aylarında Azərbaycan 124,453 mln. ABŞ dolları dəyərində 551,444 min ton buğda idxal edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 40,331 mln. dollar və yaxud 47,9%, həcm baxımından isə 70,434 min ton və yaxud 14,6% çoxdur.
Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,1%-ni təşkil edib.