Azərbaycan bu il Penza vilayətindən buğda idxal edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Mordoviya Respublikası və Penza vilayəti üzrə İdarəsi, bu ilin yanvar ayında Penza vilayətindən ixrac edilən 6 597 ton taxıla nəzarət edib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, bunun 4 987 ton ərzaq buğdası, 1 610 ton kətan toxumu olub.

Hesabat dövründə kətan toxumu Latviyaya, buğda isə Azərbaycan, İran və Qazaxıstana ixrac edilib.

Digər xəbərlər