Azərbaycan Belçikadan səməni idxalını bərpa edib

Bu ilin yanvar ayında Azərbaycana xarici ölkələrdən 869 min ABŞ dolları dəyərində 1 min 239 ton səməni (qovrulmamış və qovrulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 55 %, kəmiyyət olaraq – 21,2 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 506 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41 % çoxdur) 893,4 ton (+19 %), Almaniyadan 311 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 264 ton (+2 dəfə), Belarusdan 29,2 min ABŞ dolları dəyərində 61,44 ton (bir il əvvəl tədarük olmayıb), Belçikadan 22,64 min ABŞ dolları dəyərində 20,4 ton, Finlandiyadan 0,14 min ABŞ dolları dəyərində (-97,8 %) 0,1 ton (-98,2 %) məhsul idxal edib.

İki il 1 aylıq fasilənin ardından Azərbaycana Belçikadan səməni idxalı bərpa edilib.

Digər xəbərlər