2022-ci ilin ilk 11 ayında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 36 min 653 ton toxumluq kartof gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu,2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26,4 %, kəmiyyət olaraq – 23,8 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 8,513 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % çoxdur) 25 min 799 ton (+4 %), Gürcüstandan 2,246 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 6 min 807 ton (+2,8 dəfə), Almaniyadan 974,73 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 992,84 ton (+3 dəfə), Ukraynadan 686,6 min ABŞ dolları dəyərində (+7 dəfə) 2 min 080 ton (+7,6 dəfə), Türkiyədən 268,6 min ABŞ dolları dəyərində (-45 %) 697,61 ton (-44,6 %) məhsul alıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın idxal etdiyi (8 ölkədən) 32,1 min ton toxumluq kartofun 82 %-i Rusiyanın payına düşüb.