Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 40,834 milyon ABŞ dolları dəyərində 32 min 393 ton albalı və gilas ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19,2 %, kəmiyyət olaraq – 34 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 40,53 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % çoxdur) 32 min 168 ton (+33 %), Qazaxıstana 133,41 min ABŞ dolları dəyərində (+77 %) 164,92 ton (+2,6 dəfə) və Belarusa 171,24 min ABŞ dolları dəyərində (+43 dəfə) 60,1 ton (+68 dəfə) məhsul satıb.
2022-ci ildə Azərbaycandan (4 ölkəyə) ixrac edilən 29,2 min ton albalı və gilasın 99,65 %-i Rusiyanın payına düşüb.