"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ötən ili zərərlə başa vurub

"Aqrar İnnovasiya və Təchizat şirkəti" QSC 2023-cü ili 1,82 milyon manat zərərlə başa vurub. Halbuki, şirkət 2022-ci ildən 58 min manat xalis mənfəətlə çıxmışdı.

"Report" xəbər verir ki, bu il yanvarın 1-nə Aqrar İnnovasiya və Təchizat şirkəti"nin aktivləri 19,01 milyon manat olub ki, bu da illik müqayisədə 18,4 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 12,6 % azalaraq 15,019 milyon manat, balans kapitalı 34,7 % azalaraq 3,99 milyon manat, o cümlədən nizamnamə kapitalı isə 2 dəfə artaraq 200 min manat olub.

Xatırladaq ki, "Aqrar İnnovasiya və Təchizat şirkəti" 2020-ci ildə yaradılıb.

Digər xəbərlər