Türkiyədə narkotacirlərə qarşı əməliyyat keçirilib, 1017 nəfər saxlanılıb

Türkiyədə iki həftə ərzində 73 əyalətdə narkotacirlərə qarşı keçirilən əməliyyatda iki ton 761 kq narkotik maddə, bir milyon 918 min 300 narkotik tərkibli həb götürülüb, bu əməlləri törətmək şübhəli bilinən 1017-si saxlanılıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyatın keçirilməsində ümumilikdə 2 min 431 polis və jandarm, 10 hava vasitəsi və 35 narkotik detektor iti iştirak edib.

İnformasiyaya əsasən, digər şübhəlilərin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam edir.

Digər xəbərlər