Yavər Camalov Pakistan baş nazirini Bakıda keçiriləcək ADEX-2016-ya dəvət edib

Yavər Camalov Pakistan baş nazirini Bakıda keçiriləcək ADEX-2016-ya dəvət edib Navaz Şərif: "Pakistan Azərbaycanla münasibətləri möhkəmləndirmək niyyətindədir"
Xarici siyasət
26 Aprel , 2016 13:43
Yavər Camalov Pakistan baş nazirini Bakıda keçiriləcək ADEX-2016-ya dəvət edib

Bakı. 26 aprel. REPORT.AZ/ "Pakistan əməkdaşlıq yoluyla müdafiə, energetika, ticarət sahəsində Azərbaycanla münasibətləri möhkəmləndirmək niyyətindədir və bu hər iki ölkənin maraqlarına cavab verir".

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, bunu Pakistanın baş naziri Navaz Şərif İslamabadda Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovla görüşündə deyib.

Baş nazir ölkəsinin Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib.

Öz növbəsində, azərbaycanlı nazir əməkdaşlığın möhkəmləndirilməsində və Pakistandan hərbi sənaye məhsullarının idxalında maraqlı olduğunu vurğulayıb.

Görüşdə Y.Camalov Pakistan baş nazirini 2016-cı ilin sentyabrında Bakıda keçiriləcək ADEX 27-30 beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə dəvət edib.

N.Şərif Pakistanın sərgidə iştirak edəcəyini bildirib və Prezident İlham Əliyevə ən xoş arzularını çatdırıb.

Son xəbərlər

Orphus sistemi