Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Xorvatiya və Sloveniyaya rəsmi səfərə gedib.
Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Z.Həsənov Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçin dəvətilə martın 10-dan 12-dək Xorvatiyada və Sloveniyanın müdafiə naziri Yanko Veberin dəvətilə martın 12-dən 14-dək Sloveniyada olacaq.
Səfər çərçivəsində hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.