Yuxarı

​Azərbaycan müdafiə nazirinin Xorvatiya və Sloveniyaya səfəri başlayıb

Səfər çərçivəsində hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Xorvatiya və Sloveniyaya rəsmi səfərə gedib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Z.Həsənov Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçin dəvətilə martın 10-dan 12-dək Xorvatiyada və Sloveniyanın müdafiə naziri Yanko Veberin dəvətilə martın 12-dən 14-dək Sloveniyada olacaq.

Səfər çərçivəsində hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi