Türkiyədə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Türkiyədə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb Tədbir Azərbaycanın İstanbuldakı baş konsulluğunda baş tutub
Xarici siyasət
12 Dekabr , 2014 16:59
Türkiyədə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün Sarıyer Kireçburnu Heydər Əliyev parkında ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. "Report" xəbər verir ki, tədbirdə diplomatlar, iş adamları, deputatlar, şəhər ictimaiyyətinin nümayəndələri, Türkiyə və Azərbaycanın aparıcı KİV təmsilçiləri iştirak ediblər. 

Tədbirə həmçinin İNDEX-Azərbaycan İnsan Kapitalının İnkişafı Mərkəzinin sədri Rəşad Abdullayev, İNDEX-in nümayəndə heyəti və üzvləri qatılıblar.

Mərasim iştirakçıları ulu öndərin abidəsinin önünə əklil və çiçək dəstələri qoyublar. Daha sonra tədbir Azərbaycanın İstanbuldakı baş konsulluğunda davam edib.

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov mərasimi açaraq bildirib ki, türk dünyasının dahi şəxsiyyəti, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev zəngin və mənalı həyatını xalqının rifahına və xoşbəxtliyinə həsr edib.

Çıxış edən digər qonaqlar da Heydər Əliyevin dahi bir şəxsiyyət, ulu öndər, böyük siyasətçi olduğunu və Azərbaycan xalqı üçün etdiklərini sadalayaraq ümummilli lideri yad ediblər.

Son xəbərlər

Orphus sistemi