Tədbirə həmçinin İNDEX-Azərbaycan İnsan Kapitalının İnkişafı Mərkəzinin sədri Rəşad Abdullayev, İNDEX-in nümayəndə heyəti və üzvləri qatılıblar.
Mərasim iştirakçıları ulu öndərin abidəsinin önünə əklil və çiçək dəstələri qoyublar. Daha sonra tədbir Azərbaycanın İstanbuldakı baş konsulluğunda davam edib.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov mərasimi açaraq bildirib ki, türk dünyasının dahi şəxsiyyəti, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev zəngin və mənalı həyatını xalqının rifahına və xoşbəxtliyinə həsr edib.
Çıxış edən digər qonaqlar da Heydər Əliyevin dahi bir şəxsiyyət, ulu öndər, böyük siyasətçi olduğunu və Azərbaycan xalqı üçün etdiklərini sadalayaraq ümummilli lideri yad ediblər.

