Türkiyənin baş naziri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Türkiyənin baş naziri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib Binəli Yıldırım daha sonra Türk şəhidliyini ziyarət edib
Xarici siyasət
4 İyun , 2016 09:50
Türkiyənin baş naziri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım Fəxri xiyabanı ziyarət edib.

"Report" xəbər verir ki, B.Yıldırım ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Türkiyənin baş naziri sonra Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğurunda canlarından keçən qəhramanların məzarlarını ziyarət edib, xatirələrini hörmətlə yad edib, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyub. 

B.Yıldırım daha sonra 1918-20- ci illərdə, erməni-daşnak hərbi birləşmələrinin Azərbaycanda törətdiyi qırğınların qarşısının alınmasında iştirak edərək şəhid olan Türk əsgərlərinin xatirəsinə ucaldılan “Türk şəhidliyi” abidəsi önünə də əklil qoyub, şəhidlərin xatirəsi ehtiramla yad edilib, xatirə dəftərinə ürək sözlərini yazıb.

Son xəbərlər

Orphus sistemi