Türkiyə XİN başçısı Bakıda Xocalı qurbanlarının abidəsini ziyarət edəcək

Türkiyə XİN başçısı Bakıda Xocalı qurbanlarının abidəsini ziyarət edəcək Mövlud Çavuşoğlunun Azərbaycana səfərinin proqramı məlum olub
Xarici siyasət
24 Fevral , 2015 09:57
Türkiyə XİN başçısı Bakıda Xocalı qurbanlarının abidəsini ziyarət edəcək

Bakı. 24 fevral. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfərinin proqramı məlum olub. Diplomatik mənbələrdən "Report"a bildirilib ki, Türkiyə XİN rəhbəri fevralın 24-dən 25-nə keçən gecə Bakıya gələcək. 

Səfər zamanı M.Çavuşoğlu Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.

Türkiyə XİN rəhbərinin Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri planlaşdırılır. 

Fevralın 26-da M.Çavuşoğlu Azərbaycan rəhbərliyi ilə birgə Xocalı faciəsinin qurbanlarına həsr olunmuş abidəni ziyarət edəcək və ölənlərin xatirəsini yad edəcək.  

Son xəbərlər

Orphus sistemi