Türkiyə XİN rəhbəri AŞPA-nın payız sessiyasında çıxış edəcək

Türkiyə XİN rəhbəri AŞPA-nın payız sessiyasında çıxış edəcək AŞPA-nın növbəti sessiyasının gündəliyi açıqlanıb
Xarici siyasət
9 Sentyabr , 2016 17:05
Türkiyə XİN rəhbəri AŞPA-nın payız sessiyasında çıxış edəcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası oktyabrın 10-14-də Strasburqda keçiriləcək.

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya zamanı Polşanın prezidenti Ancey Duda və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edəcək. 

İlkin proqrama əsasən, sessiya zamanı deputatlar Belarusda (sentyabrın 11-də) və İordaniyada (sentyabrın 20-də) parlament seçkilərinə monitorinqin nəticələrini, Ukraynadakı vəziyyəti və bir sıra digər aktual məsələləri müzakirə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi