Türkiyə prezidenti Azərbaycana fevralın 18-də səfər edəcək
Xarici siyasət
- 14 fevral, 2016
- 11:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana fevralın 18-də səfər edəcək.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının mətbuat mərkəzi məlumat yayıb.
Səfər zamanı Gəncədə Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin sədrliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək. İclas çərçivəsində ikitərəfli münasibətlərin və əməkdaşlığın müxtəlif aspektlərinin inkişafı nəzərdən keçiriləcək. Bununla yanaşı Dağlıq Qarabağ münaqişəsi, regionda və dünyada baş verən hadisələrin gedişatı müzakirə olunacaq.
Eyni zamanda, iki ölkə arasında bir sıra sənədlərin imzalanması gözlənilir.
Son xəbərlər
01:16
İranın Qeşm adasında partlayış səsləri eşidilib
Region
00:42
Xameneinin yeri təhlükəsizliklə bağlı gizli saxlanılır
Region
00:30
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Xarici siyasət
00:19
Fransada məhbusların sayı rekord həddə — 90,9 min nəfərə çatıb
Digər ölkələr
00:00
"Reuters": Qətər nümayəndələri ABŞ ilə razılaşmanı müzakirə etmək üçün İrana yola düşüblər
Digər ölkələr
23:34
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Region
23:30
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
Region
23:22
Əraqçi: Hörmüz boğazı açılandan sonra nüvə danışıqları mümkündür
Region
23:06
Zəfər Günü ilə bağlı Daşkənddə rəsmi qəbul keçirilib
Xarici siyasət