Bakı. 17 noyabr. REPORT.AZ/ "Azərbaycanlı qardaşlarımız noyabrın 17-də başladıqları hərəkatla azadlıq məşəlini yalnız özləri üçün deyil, SSRİ-dəki hər millət üçün yandırdı".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin mədəniyyət və turizm naziri Yalçın Topçu 17 noyabr - Milli Dirçəliş günü ilə bağlı Azərbaycan xalqına ünvanladığı təbrikində bildirib.
"Tarix səhnəsində türklərin nəfəs aldığı hər dönəmdə boyunduruğa girməyi bütün mənliyi ilə rədd etməsinin şərəfli örnəyi 1988-ci ildə Bakıda baş verən hadisələrdir.
Biz də azərbaycanlı qardaşlarımızla birlikdə qürurlu bir günü - Milli Dirçəliş gününü keçmişimizə və gələcəyimizə inancımızla bayram edirik.
O gün yenidən layiq olduğu göylərdə dalğalanmağa başlayan Azərbaycan bayrağı altında qardaşlarımızın əbədi yaşamalarını uca Yaradandan diləyirik", - təbrikdə vurğulanıb.