Yuxarı

​Türkiyə naziri: "Azərbaycanlı qardaşlarımız azadlıq məşəlini SSRİ-dəki hər millət üçün yandırdı"

Biz də azərbaycanlı qardaşlarımızla birlikdə qürurlu bir günü - Milli Dirçəliş gününü keçmişimizə və gələcəyimizə inancımızla bayram edirik

Bakı. 17 noyabr. REPORT.AZ/ "Azərbaycanlı qardaşlarımız noyabrın 17-də başladıqları hərəkatla azadlıq məşəlini yalnız özləri üçün deyil, SSRİ-dəki hər millət üçün yandırdı".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin mədəniyyət və turizm naziri Yalçın Topçu 17 noyabr - Milli Dirçəliş günü ilə bağlı Azərbaycan xalqına ünvanladığı təbrikində bildirib.

"Tarix səhnəsində türklərin nəfəs aldığı hər dönəmdə boyunduruğa girməyi bütün mənliyi ilə rədd etməsinin şərəfli örnəyi 1988-ci ildə Bakıda baş verən hadisələrdir.

Biz də azərbaycanlı qardaşlarımızla birlikdə qürurlu bir günü - Milli Dirçəliş gününü keçmişimizə və gələcəyimizə inancımızla bayram edirik.

O gün yenidən layiq olduğu göylərdə dalğalanmağa başlayan Azərbaycan bayrağı altında qardaşlarımızın əbədi yaşamalarını uca Yaradandan diləyirik", - təbrikdə vurğulanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi