Texasda Azərbaycanla bağlı təqdimat keçiriləcək

Texasda Azərbaycanla bağlı təqdimat keçiriləcək Təqdimat zamanı mədəniyyət, dini tolerantlıq, ölkənin iqtisadi inkişafı barədə müzakirələr keçiriləcək
Xarici siyasət
18 Aprel , 2016 08:53
Texasda Azərbaycanla bağlı təqdimat keçiriləcək

Bakı. 18 aprel. REPORT.AZ/ABŞ-da Texas ştatında Sul Ross Dövlət Universitetinin Rio Qrande kollecində "Azərbaycan - ziddiyyətlər ölkəsi" filminin təqdimatı olacaq.

"Report" "Del Rio News"a istinadən xəbər verir ki, təqdimatı kollecin professoru Uesli Vin və Los-Ancelesdən olan ekoloji fəal və kinorejissor Nensi Pirlman keçirəcək.

Təqdimat zamanı mədəniyyət, dini tolerantlıq, ölkənin iqtisadi inkişafı barədə müzakirələr keçiriləcək.

Son xəbərlər

Orphus sistemi