Prezident İlham Əliyev “Soros Fondu”nun təsisçisi və İsrailin sabiq dövlət başçısı ilə görüşüb

Prezident İlham Əliyev “Soros Fondu”nun təsisçisi və İsrailin sabiq dövlət başçısı ilə görüşüb Azərbaycanda gedən inkişaf prosesləri ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
22 Yanvar , 2015 18:10
Prezident İlham Əliyev “Soros Fondu”nun təsisçisi və İsrailin sabiq dövlət başçısı ilə görüşüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Soros Fondu”nun təsisçisi Corc Soros ilə görüşüb.

“Report” xəbər verir ki, görüşdə Azərbaycanda gedən inkişaf prosesləri ətrafında fikir mübadiləsi aparılıb.

Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin sabiq Prezidenti Şimon Peresin görüşü olub. Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib.

Söhbət zamanı iqtisadi sahədə əməkdaşlığın və mədəniyyətlərarası dialoq istiqamətində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi