Bakı. 25 iyul. REPORT.AZ/ "İlin sonuna qədər Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü gözlənilir".
"Report" "Hurriyet Daily News"a istinadən xəbər verir ki, bunu Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu deyib.
Onun sözlərinə görə, əsas müzakirə mövzuları energetika sahəsində əməkdaşlıq, o cümlədən Türkmənistan qazının sonradan Trans-Anadolu boru kəməri (TAP) vasitəsilə Avropaya nəqli məqsədilə Xəzər dənizindən Azərbaycana boru kəmərinin çəkilməsi məsələsi olacaq.