​Rusiya ATƏT DTİHB-nin iş metodologiyası ilə bağlı məsələ qaldıracaq

​Rusiya ATƏT DTİHB-nin iş metodologiyası ilə bağlı məsələ qaldıracaq Aleksandr Lukaşeviç: "Azərbaycan hakimiyyəti təklif olunan müşahidəçi sayının çox olduğunu hesab edib"
Xarici siyasət
16 Sentyabr , 2015 16:56
​Rusiya ATƏT DTİHB-nin iş metodologiyası ilə bağlı məsələ qaldıracaq

Bakı. 16 sentyabr. REPORT.AZ/ Rusiyanın ATƏT-dəki nümayəndə heyəti sentyabrın 24-də keçiriləcək təşkilatın Daimi Şurasının növbəti iclasında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) iş metodologiyası ilə bağlı məsələ qaldırmaq niyyətindədir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti təklif olunan müşahidəçi sayının çox olduğunu hesab edərək və bütün müşahidəçi strukturların ehtiyaclarını nəzərə alaraq öz təklifini irəli sürüb. Bununla bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) barışmaz mövqe tutub və nəticədə Azərbaycanda keçiriləcək seçkilərin monitorinqinin aparılmasından imtina edib.

Bununla əlaqədar Rusiya tərəfi "bu qurumun işinin metodologiyası ilə bağlı" ciddi müzakirələr aparmaq niyyətindədir. 

Son xəbərlər

Orphus sistemi