Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə başsağlığı verib

Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə başsağlığı verib "Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına başsağlığı verir, yaralılara tezliklə sağalmalarını arzu edirəm"
Xarici siyasət
21 May , 2015 15:12
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə başsağlığı verib

Bakı. 21 may. REPORT.AZ/ Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. 

"Report"un məlumatına görə, Türkiyə prezidenti başsağlı məktubunda qeyd edib ki, Bakıdakı yaşayış binasında baş verən və çoxlu sayda insanın ölümünə səbəb olan yanğın hadisəsi haqqında xəbəri dərin kədər hissi ilə qarşılayıb: "Bu faciəli hadisədə dünyasını dəyişən qardaş və bacılarımıza millətim adından və şəxsəm öz adımdan Allahdan rəhmət diləyir, onların ailələrinə, Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına başsağlığı verir, yaralılara tezliklə sağalmalarını arzu edirəm.

Ehtiyac yaranarsa, Türkiyənin bu məsələdə Azərbaycana hər cür dəstək verməyə hazır olduğuna heç bir şübhəniz qalmasın.

Sizə ən səmimi salamlarımı çatdırıram".

Son xəbərlər

Orphus sistemi