Quba və İsrailin Akko şəhəri arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanacaq

Quba və İsrailin Akko şəhəri arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanacaq Akko şəhərinin nümayəndə heyəti gələn ilin ortalarında Azərbaycana səfər edəcək
Xarici siyasət
22 Sentyabr , 2016 15:06
Quba və İsrailin Akko şəhəri arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanacaq

Akko. 22 sentyabr. REPORT.AZ/ Azərbaycanın Quba və İsrailin Akko şəhərləri arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanacaq.

"Report" xəbər verir ki, bu barədə azərbaycanlı jurnalistlərə açıqlamasında Akko şəhərinin meri Şimon Lankri məlumat verib.

Onun sözlərinə görə, sazişin imzalanması barədə razılıq onun ötən il Azərbaycana səfəri zamanı əldə olunub.

"Bu baxımdan iş aparılır və 2017-ci ildə saziş imzalanacaq. Gələn ilin may-iyun aylarında Azərbaycanın beynəlxalq əlaqələr, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin dəvəti ilə Bakıya səfər edəcəyik" - mer bildirib.

Son xəbərlər

Orphus sistemi