Qırğızıstanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb

Qırğızıstanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb Qırğızıstan dövlət bayrağı endirilib
Xarici siyasət
29 Avqust , 2016 10:09
Qırğızıstanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb

Bakı. 29 avqust. REPORT.AZ/ Qırğızıstanın Azərbaycandakı səfirliyində Moskvada yanğın nəticəsində 17 qırğızıstanlının həyatını itirməsi ilə əlaqədar xatirə kitabı açılıb.

Bu barədə "Report"a Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov məlumat verib.

Onun sözlərinə görə, səfirlikdə xatirə kitabı bu gün saat 11:00-dan 13:00-dək və saat 15:00-dan 17:00-dək, eləcə də sabah saat 10:00-dan 13:00-dək açıq olacaq.

Bundan əlavə, səfirlikdə Qırğızıstanın dövlət bayrağı endirilib.

Son xəbərlər

Orphus sistemi