​Qırğızıstanın Azərbaycandakı səfirliyində parlament seçkiləri ilə əlaqədar seçki məntəqəsi açılacaq

​Qırğızıstanın Azərbaycandakı səfirliyində parlament seçkiləri ilə əlaqədar seçki məntəqəsi açılacaq Səfir: "Konsulluq qeydiyyatında 60-a yaxın Qırğızıstan vətəndaşı var"
Xarici siyasət
10 Sentyabr , 2015 12:00
​Qırğızıstanın Azərbaycandakı səfirliyində parlament seçkiləri ilə əlaqədar seçki məntəqəsi açılacaq

Bakı. 10 sentyabr. REPORT.AZ/ Qırğızıstanın Azərbaycandakı səfirliyində bu ölkədə oktyabrın 4-nə təyin olunan parlament seçkiləri ilə bağlı seçki məntəqəsi açılacaq.

Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov "Report"a bildirib ki, hazırda seçkilərə hazırlıq işləri aparılır.

Səfirin sözlərinə görə, konsulluq qeydiyyatında 60-a yaxın Qırğızıstan vətəndaşı var: "Bunlar əsasən, Qırğızıstan vətəndaşları olan etnik azərbaycanlılardır. Onlar Xaçmaz, Şəki və Qazax rayonlarında yaşayırlar. Biz bu rayonların icra hakimiyyəti başçıları ilə həmin vətəndaşları Bakıya səsvermə məntəqəsinə çatdıracaq nəqliyyatın təşkil olunması ilə bağlı danışıqlar aparırıq".

Səfir, həmçinin Qırğızıstanda keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycanın müvafiq strukturlarına dəvət göndərildiyini də söyləyib.

Son xəbərlər

Orphus sistemi