Qanunsuz miqrasiyanın aradan qaldırılması üçün strategiyanın formalaşdırılması təklif olunur

Qanunsuz miqrasiyanın aradan qaldırılması üçün strategiyanın formalaşdırılması təklif olunur Qanunsuz miqarasiyanın aradan qaldırılması üçün strategiyanın formalaşdırılması təklif olunur.
Xarici siyasət
1 May , 2024 14:57
Qanunsuz miqrasiyanın aradan qaldırılması üçün strategiyanın formalaşdırılması təklif olunur

Qanunsuz miqrasiyanın aradan qaldırılması üçün strategiyanın formalaşdırılması təklif olunur.

"Report" xəbər verir ki, bu təkliflə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, qeyri-qanuni miqrasiya sülhə, iqtisadiyyata, sosial ahəngdarlığa mənfi təsir göstərir:

Qanunsuz miqrasiya dövlətlər arasında da narahatlıqların yaranmasına səbəb olur. Bu problemin aradan qaldırılması üçün strategiya formalaşdırılmalıdır. Bu zaman miqrantların hüquqları və onları qəbul edən ölkələrin haqları nəzərə alınmalıdır. Qanuni miqrasiyanın formalaşdırılması üçün hökumətlərarası və mədəniyyətlərarası dialoqlar vacibdir. Miqrasiyadan sonra həmin şəxslərin sosial təminatı və reinteqrasiyası da vacib məsələdir".

V.Huseynov deyib ki, Azərbaycanın bu məsələdə təcrübəsi və əldə etdiyi nailiyyətlər mövcuddur:

"Ölkəmizə gələn miqrantların qanuni miqrasiyası üçün bütün mühüm addımlar atılır. Azərbaycan qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində çoxşaxəli fəaliyyət göstərir, mütəmadi maarifləndirmə həyata keçirir".

Son xəbərlər

Orphus sistemi