Prezident İlham Əliyev Sosialist İnternasionalın baş katibini qəbul edib

Prezident İlham Əliyev Sosialist İnternasionalın baş katibini qəbul edib Luis Ayala ölkəmizdə Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb
Xarici siyasət
27 İyun , 2015 15:40
Prezident İlham Əliyev Sosialist İnternasionalın baş katibini qəbul edib

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev bu gün Sosialist İnternasionalın baş katibi Luis Ayalanı qəbul edib. "Report" xəbər verir ki, Sosialist İnternasionalın baş katibi Luis Ayala ölkəmizdə Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu və yarışların dünyada maraqla izlənildiyini vurğulayıb. O, Azərbaycan idmançılarının çoxlu medal qazanmalarının önəmini qeyd edib.

Dövlət başçısı bu mötəbər idman yarışında Avropanın 50 Olimpiya Komitəsinin, 6 minə yaxın idmançının və xeyli sayda qonaqlarını iştirakının əhəmiyyətini vurğulayıb.

Görüşdə Birinci Avropa Oyunlarının xalqlar arası əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfənin əhəmiyyəti qeyd olunub, Azərbaycanla Sosialist İnternasionalı arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi