Pakistan prezidenti martın sonlarında Azərbaycana səfər edəcək

Pakistan prezidenti martın sonlarında Azərbaycana səfər edəcək Səfərlə bağlı hazırlıq işləri aparılır
Xarici siyasət
14 Yanvar , 2015 15:23
Pakistan prezidenti martın sonlarında Azərbaycana səfər edəcək

Bakı. 14 yanvar. REPORT.AZ/ Pakistan prezidenti Məmnun Hüseyn martın sonlarında Azərbaycana səfər edəcək. Bu barədə "Report" diplomatik mənbəyə istinadən xəbər verir. 

Hazırda səfərin təşkili ilə bağlı işlər aparılır.

Xatırladaq ki, bir müddət əvvəl Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser Pakistan prezidentinin səfərinin bu ilin birinci yarısında planlaşdırıldığını bildirib.

Pakistan prezidenti Məmnun Hüseynə Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü, deputat Qənirə Paşayeva ilə görüş zamanı Azərbaycana rəsmi səfərə dəvət məktubu verilib.

Son xəbərlər

Orphus sistemi