Necdət Ünüvar: "Bir millət kimi beynəlxalq aləmdə bir-birimizə dəstək olan iki qardaş dövlətik”

Necdət Ünüvar: "Bir millət kimi beynəlxalq aləmdə bir-birimizə dəstək olan iki qardaş dövlətik” Parlamentlərarası dostluq qrupunun rəhbəri Azərbaycan xalqını təbrik edib
Xarici siyasət
14 İyun , 2016 12:02
Necdət Ünüvar: Bir millət kimi beynəlxalq aləmdə bir-birimizə dəstək olan iki qardaş dövlətik”

Bakı. 14 iyun. REPORT.AZ/ Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib. 

“Report”un məlumatına görə, təbrikdə deyilir: “Azərbaycan xalqı bizim ürək dostumuzdur. İki dövlət olsaq da, bir millət kimi beynəlxalq aləmdə bir-birimizə dəstək olan iki qardaş dövlətik”.

Təbrikdə həmçinin Azərbaycanın 1990-cı ilin əvvəlində keçdiyi ağır sınaqdan bəhs edilib: “Azərbaycanda xüsusilə 1990-cı ilin əvvəlində baş verən vətəndaş qarşıdurması, qardaş qırğını ərəfəsində xalqın və o vaxtkı iqtidarın təkidli tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olunub. Heydər Əliyev xalqı bu ağır bəladan, vətəndaş müharibəsindən, qardaş qırğınından xilas edərək iyunun 15-də Ali Məclisin sədri seçilib. Azərbaycanın taleyini dəyişən bu gün xalq tərəfindən Milli Qurtuluş Günü kimi qeyd olunur”.

Son xəbərlər

Orphus sistemi