Bakı. 14 iyun. REPORT.AZ/ Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
“Report”un məlumatına görə, təbrikdə deyilir: “Azərbaycan xalqı bizim ürək dostumuzdur. İki dövlət olsaq da, bir millət kimi beynəlxalq aləmdə bir-birimizə dəstək olan iki qardaş dövlətik”.
Təbrikdə həmçinin Azərbaycanın 1990-cı ilin əvvəlində keçdiyi ağır sınaqdan bəhs edilib: “Azərbaycanda xüsusilə 1990-cı ilin əvvəlində baş verən vətəndaş qarşıdurması, qardaş qırğını ərəfəsində xalqın və o vaxtkı iqtidarın təkidli tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olunub. Heydər Əliyev xalqı bu ağır bəladan, vətəndaş müharibəsindən, qardaş qırğınından xilas edərək iyunun 15-də Ali Məclisin sədri seçilib. Azərbaycanın taleyini dəyişən bu gün xalq tərəfindən Milli Qurtuluş Günü kimi qeyd olunur”.