NATO baş katibinin xüsusi nümayəndəsi: "Azərbaycan NATO-ya etibarlı və müntəzəm dəstək verir"

NATO baş katibinin xüsusi nümayəndəsi: "Azərbaycan NATO-ya etibarlı və müntəzəm dəstək verir" C.Appaturay Azərbaycanda həmçinin enerji təhlükəsizliyi məsələlərini müzakirə edib
Xarici siyasət
16 Fevral , 2016 13:35
NATO baş katibinin xüsusi nümayəndəsi: Azərbaycan NATO-ya etibarlı və müntəzəm dəstək verir

Bakı. 16 fevral. REPORT.AZ/ "Azərbaycan NATO-ya etibarlı və müntəzəm dəstək verir".

"Report" xəbər verir ki, bu sözləri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

O, vurğulayıb ki, bu əməkdaşlığın əsas hissəsi Əfqanıstandakı əməkdaşlıqdır.

NATO-nun xüsusi nümayəndəsi səfər çərçivəsində bu gün ölkə Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşdüyünü və Əfqanıstandakı əməkdaşlığa, eləcə də logistik dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirdiyini qeyd edib.

O, Ceyrançöldəki minatəmizləmə əməliyyatını xatırladaraq bildirib ki, Azərbaycan və NATO təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirir. C.Appaturay hazırda layihənin ikinci mərhələsinin başa çatmaq üzrə olduğunu və tezliklə üçüncü mərhələnin icrasına başlanılacağını xəbər verib.

NATO-nun xüsusi nümayəndəsi səfər çərçivəsində həmçinin enerji təhlükəsizliyi məsələlərinin, Yaxın Şərqdəki vəziyyətin, eləcə də Rusiyanın region ölkələri ilə əlaqələrinin müzakirə edildiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi