Möhsun Pak Ayin: "İranın Yəmənə silah göndərməsi haqqında məlumatlar əsassızdır"

Möhsun Pak Ayin: "İranın Yəmənə silah göndərməsi haqqında məlumatlar əsassızdır" "Biz hesab edirik ki, ABŞ Suriyada olduğu kimi, Yəməndə də istəyinə nail ola bilməyəcək"
Xarici siyasət
21 Aprel , 2015 17:10
Möhsun Pak Ayin: İranın Yəmənə silah göndərməsi haqqında məlumatlar əsassızdır

Bakı. 21 aprel. REPORT.AZ/ "İranın Yəmənə silah göndərməsi haqqında məlumatlar əsassızdır. Mən rəsmi olaraq bildirirəm ki, İranın Yəməndə baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur". "Report" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfir Möhsun Pak Ayin guya İranın Yəməni silahla təchiz etməsinin qarşısını almaq məqsədilə ABŞ hərbi gəmisinin Yəmən ərazi sularına göndərilməsi məsələsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, əgər ABŞ Yəmənə silah göndərilməsindən narahatdırsa, o zaman Səudiyyə Ərəbistanının Yəməni bombalamasının qarşısını almalıdır: "Yəməndəki hadisələr daxili siyasi çəkişmələr zəminində baş verib. Biz hesab edirik ki, hadisələrə xaricdən müdaxiləyə ehtiyac yox idi. Yəmənə müdaxilə beynəlxalq qanunlara ziddir. Bir ölkə qoşunlarını digər ölkəyə daxil etmək qərarı verib, bu isə beynəlxalq hüquqa ziddir".

Diplomat qeyd edib ki, bombardman nəticəsində günahsız insanlar həlak olur, xəstəxanalar, məktəblər və digər mühüm obyektlər dağıdılır. 

M.Pak Ayin əlavə edib ki, İran Yəməndəki münaqişənin həllinə dair öz planını təqdim edib. 

"Birincisi, Yəməndə silahlı qarşıdurmanı dərhal dayandırmaq lazımdır. İkincisi, bir masa arxasına əyləşib müzakirələr aparmaq zəruridir. Üçüncüsü, Yəmənə humanitar yardım göndərmək, dördüncüsü, dövlət quruluşunu Yəmən xalqının iradəsinə uyğun təşkil etmək lazımdır. Bu günə qədər Rusiya həmin planı dəstəkləyib. Biz hesab edirik ki, ABŞ Suriyada olduğu kimi, Yəmən məsələsində də istəyinə nail ola bilməyəcək", - səfir bildirib.

Son xəbərlər

Orphus sistemi