Milli Məclisin sədri Avropa Parlamentinin prezidentini sərt tənqid edib

Milli Məclisin sədri Avropa Parlamentinin prezidentini sərt tənqid edib "Onların siyasi mədəniyyətləri yoxdur"
Xarici siyasət
28 Noyabr , 2014 12:23
Milli Məclisin sədri Avropa Parlamentinin prezidentini sərt tənqid edib

Bakı. 28 noyabr. REPORT.AZ/ “Parlament sədri kimi Avropa Parlamentinin prezidenti Martin Şultsa yazdım, lakin cavab gəlmədi. Onların siyasi mədəniyyətləri yoxdur. Azərbaycanda baş verən hadisələrə dərhal münasibət bildirirlər. Onlar ilk əvvəl öz daxillərində baş verənlərə baxsınlar. Mandatları çərçivəsində Avropa İttifaqının daxilindəki dövlətlərə baxsınlar. Orda olan antisemitizmə, diskriminasiyaya, miqrantlara olan münasibətə baxsınlar. Eyni zamanda başqa ölkələrdə polislərin qəddarlığına baxsınlar. Onların başqa işləri gücləri yoxdur? Deməli, Avropada bir neçə müsəlman ölkələri var, bütün diqqətlərini onlara qarşı yönəldib şərləmə işləri ilə məşğuldurlar”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin (AP) prezidenti Martin Şultsun AP-nin 26 noyabrda Strasburqda keçirilmiş plenar iclasında Azərbaycan ilə əlaqədar səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O.Əsədov bildirib ki, onlar açıq yalan danışmaqla məşğuldurlar: “Guya, Şults müraciət edib ki, parlament nümayəndə heyəti Leyla Yunus məsələsi ilə bağlı Azərbaycana gəlsin. Bu, tam yalandır. Çünki nə Milli Məclisə, nə də Azərbaycan hökumətinə heç bir müraciət ünvanlanmayıb. Bildiyimizə görə, hətta heç bir qrup tərtib edə bilməyiblər. Mötəbər tədbirdə belə bir ağ yalan demək heç bir siyasi xadimə  hörmət gətirmir. Ona görə də diqqətə çatdırmalıyam ki, necə münasibət görürüksə, elə də münasibət göstəririk. Soyuq münasibətə elə də cavab verməliyik. Biz hər dəfə çalışırıq ki, Avropa Parlamenti ilə əlaqələri yüksək səviyyədə quraq, ikitərəfli əməkdaşlıq təşkilatımız var. Deputatlarımız da Avropaya tam heyətdə gedirlər. Onlardan isə 2-3 nəfər toplantılara qatılırlar. Barmaqarası münasibətə elə analoji münasibət bəsləməliyik”. 

Son xəbərlər

Orphus sistemi