Moratinos: Biz həm planeti, həm də bəşəriyyəti qorumaq üçün birgə işləməliyik

Moratinos: Biz həm planeti, həm də bəşəriyyəti qorumaq üçün birgə işləməliyik Biz həm planeti, həm də bəşəriyyəti qorumaq üçün birgə işləməliyik.
Xarici siyasət
1 May , 2024 12:43
Moratinos: Biz həm planeti, həm də bəşəriyyəti qorumaq üçün birgə işləməliyik

Biz həm planeti, həm də bəşəriyyəti qorumaq üçün birgə işləməliyik.

“Report” xəbər verir ki, bunu BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusunda baş tutan plenar iclasda deyib.

O, "yaşıl cəmiyyət"dənsə, çoxrəngli cəmiyyətə üstünlük verdiyini bildirib:

“Biz birlikdə işləməliyik ki, həm planeti, həm də bəşəriyyəti qoruyaq. Bəzən insanlar ya təkcə planeti, ya da bəşəriyyəti seçirlər. Ancaq bunların ikisi birlikdə qorunmalıdır.

"Mən BMT-də ali nümayəndə təyin olunarkən görüşlərə gedir və həmin görüşlərdə ekstremizm, irqi ayrı-seçkilik və zorakılığın aradan qaldırılması üçün nə etməli olduğumuzu müzakirə edirdik. Lakin bütün bunlar sözdə qalırdı, əməli addımlar atmırdıq. İnsanların fikirlərini dəyişməsi üçün alətlər hazırlamalıyıq. Bunu da yalnız gənclər edə bilər. Daha yaxşı dünya qurmaq mümkündür", - M.A.Moratinos vurğulayıb.

Son xəbərlər

Orphus sistemi